BU İL EVERESTDƏ REKORD SAYDA İNSAN ÖLÜB

0

2023-cü ildə dünyanın ən yüksək zirvəsi Everestin (Comolunqma) yamaclarında 18 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə məlumat Himalaydakı bütün ekspedisiyalar haqqında məlumatlar toplayan “The Himalayan Database”də yer alıb.

Bu o deməkdir ki, cari mövsüm zirvənin ilk fəthindən bəri bütün 70 ildə ölüm sayına görə rekord vurub.

Ölüm hallarının, demək olar, yarısı kəskin dağ xəstəliyinin tutması ilə əlaqədar olub: səkkiz alpinist bundan ölüb. Xəstəlik yüksək hündürlüklərdə havanın insan orqanizminin normal fəaliyyəti üçün lazım olandan xeyli az oksigen ehtiva etməsi səbəbindən baş verir. Oksigen çatışmazlığı beyin və ağciyərlərin şişməsinə, halüsinasiyalara və sürətli ürək döyüntüsünə səbəb olur. Bundan əlavə, dağa dırmaşarkən alpinistlər əhəmiyyətli fiziki gərginlik keçirirlər və tez-tez susuzluqdan əziyyət çəkirlər. Bəzi hallarda bütün bu amillər insanın ölümünə səbəb olur.

Cəmi 70 il ərzində Everestdə 317 alpinist həlak olub. Daha öncə ən ölümcül 2014-cü il olub. O zaman 17 nəfər həlak olmuşdu.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət...

Bağla