“Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyir”

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı Azərbaycan və Ermənistan arasında normallaşma və sülh danışıqları prosesini müzakirə edib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün əlimizdən gələni etdiyimizi bildirdik. Onlar da bu məsələdə həmfikirdirlər, düşünürük ki, bölgədə normallaşma bölgənin xeyrinə olacaq”, – H.Fidan deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GƏLƏN İL ÜÇÜN RAMAZAN VƏ QURBAN BAYRAMLARININ VAXTI AÇIQLANIB

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla...

Bağla