Azərbaycan və Türkiyə rəsmiləri miqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

0

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün Cenevrədə keçirilən Qaçqınlar üzrə Qlobal Forum çərçivəsində Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Görüş zamanı tərəflər əməkdaşlığın gələcək inkişafını, xüsusilə konsulluq və miqrasiya məsələlərini müzakirə ediblər.

“Biz hər zaman qardaş Azərbaycanı dəstəkləyirik. Bölgəmizdə firavanlıq və əmin-amanlıq naminə “Bir millət, iki dövlət” şüarı altında birgə fəaliyyətimizi davam etdirəcəyik”, – paylaşımda deyilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası...

Bağla