AZƏRBAYCANIN BƏZİ RAYONLARINA QAR VƏ SULU QAR YAĞIB – FAKTİKİ HAVA

0

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib.

Bu barədə Xidmətdən bildirilib.

Qeyd edilib ki, əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib.

Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH BAKIDA SULU QARLA QARIŞIQ YAĞIŞ YAĞACAQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhərdən başlayaraq...

Bağla