İRAQIN ŞİMALINDA TÜRKİYƏ ORDUSUNUN 6 HƏRBÇİSİ ŞƏHİD OLUB

0

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Şəhid olan Ramazan Günay, Mehmet Serinkan, İsmail Yazıcı zabit, Yasin Karaca, Şağatay Erenoğlu və Emre Taşkın isə sıravi hərbi qulluqçulardır.

Məlumata görə, terrorçular Türkiyə ordusunun hərbçilərinə hücum edib. Atışma nəticəsində 3 hərbçi hadisə yerində şəhid olub. Yaralı halda xəstəxanaya çatdırılan 3 hərbçinin də həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə ordusunun cavab atəşi nəticəsində 7 terrorçu məhv edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LİSEY ŞAGİRDİ QURANI 2 AYDA ƏZBƏRLƏYİB HAFİZ OLDU

Türkiyənin Bitlis vilayətində lisey şagirdi müqəddəs Qurani-Kərimi az vaxt ərzində əzbərləyərək Hafiz titulunu qazanıb. Bu barədə “Diyanet”in rəsmi internet səhifəsində...

Bağla