Azərbaycan səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb

0

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb.

Bu barədə diplomatik nümayəndəliyin “X” hesabında paylaşım edilib.

“İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq”, – paylaşımda bildirilib.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRAQIN ŞİMALINDA TÜRKİYƏ ORDUSUNUN 6 HƏRBÇİSİ ŞƏHİD OLUB

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Şəhid olan Ramazan Günay,...

Bağla