RƏCƏB TAYYİB ƏRDOĞAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

0

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏRURUN XƏLƏC KƏNDİNDƏ MƏSCİD İSTİFADƏYƏ VERİLİB

Dekabrın 24-də Şərur rayonunun Xələc kəndində yeni məscid istifadəyə verilib. "Report"un yerli bürosu xəbər verir ki, açılış tədbirində iştirak edən...

Bağla