Prezident Azərbaycanla Türkiyə arasındakı daha bir sazişi təsdiqləyib

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Sənəd 2023-cü il noyabrın 13-də Ankara şəhərində imzalanıb.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib – SƏRƏNCAM

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd...

Bağla