Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün Fars körfəzi də daxil olmaqla region ölkələri ilə sıx əlaqə saxlayır.
Bunu Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç “TRT Haber” telekanalına açıqlamasında deyib.
“Region ölkələri İsrailin aqressiv hərəkətlərinin regional miqyasda mənfi nəticələrə gətirib çıxarmaması üçün səy göstərir. Bu region tarixən bizi qonşularımızla birləşdirir və bu, birgə əməkdaşlığa ehtiyacı diktə edir. Nə qədər yaxın olsa, uğur şansı daha yüksəkdir”, – deyə Ərdoğanın müşaviri qeyd edib.
Nümunə olaraq o, Misir, Əlcəzair, Mərakeş və İordaniya ilə əlaqələri göstərib: “Biz hamımız bir yumruq olmalıyıq. Prezidentimizin atdığı addımlar birliyə ehtiyacı diktə edir ki, bu da Fars körfəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Qətər ilə intensiv təmaslarımızı şərtləndirir”.