ABŞ-DA SİLAHLI HÜCUMA MƏRUZ QALAN MƏSCİD İMAMI ÖLDÜ

0

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu Cersi əyalətində məscidin qarşısında silahlı hücuma məruz qalan müsəlman din xadimi vəfat edib.

Məlumata görə, hadisə əyalətin Nyuark şəhərindəki “Masjid Muhammad-Newark” məbədinin qarşısında yerli vaxtla səhər saat 06.00-da baş verib.

Silahlı hücum nəticəsində ağır yaralanan din xadimi Həsən Şərif çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Əyalətin baş prokuroru Metyu Platkin hadisə barədə təhqiqatın davam etdiyini, hadisənin nifrət cinayəti olduğuna dair məlumat əldə edə bilmədiklərini deyib.

 ABD'de bir cami imamına silahlı saldırı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yaşar Güler: “Azərbaycanla strateji müttəfiqlik səylərimiz uğurla davam edir”

"Azərbaycanla strateji müttəfiqliyimizi gücləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir”. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler...

Bağla