İndoneziyada sübh namaını qıldıran din xadimi səcdədə dünyasını dəyişib.
Bu hadisəni əks etdirən video görüntülər sosial şəbəkə platformlarında yayılıb.
Hadisə, İndoneziyanın Şərqi Kalimantan bölgəsində Balikpapan şəhərindəki Əl-Ula məscidində yanvarın 2-də baş verib.
Məlumata görə səhər namazını qıldıran zaman məscidin imamı Andi Syamsul Bahri infarkt keçirib. Bəhri səcdədə dünyasını dəyişib.
Bəhrinin vəfatından sonra camaatdan bir nəfər imamlıq etməyə davam edərək namazı qıldırıb. İmamın infarkt keçirdiyi anlar təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.
Allah rəhmət eləsin.