Türkiyənin İstanbul şəhərindəki məşhur “Fatih” məscidində insident baş verib.
Bu səhər sübh namazı vaxtı məsciddə qalmaqal yaradan şəxs, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən bayıra çıxarılıb.
Şübhəli şəxs namazdan sonra imamın otağına gedərək imamla görüşmək istədiyini deyib.
Bundan sonra şübhəli şəxs məscidin imamı Qurra Hafiz Qalib Usta ilə onları ayırmağa çalışan Bilal Erdemi bıçaqla yaralayıb.
Şübhəli şəxs dərhal polislər tərəfindən saxlanılıb, yaralılar isə xəstəxanaya çatdırılıb. Yaralıların reanimasiyada müalicələrinin davam etdiyi, həyatları üçün təhlükənin olmadığı bildirilib.