TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİ: “TERRORÇULAR ARTIQ UDUZUB”

0

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terrorçuların artıq uduzduğunu bildirib.

Nazir bu barədə Ankarada valilər iclasında çıxışı zamanı danışıb.

O qeyd edib ki, terrorla, narkotik ticarəti ilə mübarizə davam edəcək: “Onlar məğlubiyyətə məhkumdurlar”.

A.Yerlikaya söyləyib ki, bu qələbəni təmin edən əsas amil xalq-hakimiyyət birliyidir: “Əlbəttə, dayanmayacağıq. Son terrorçu məhv olana qədər mübarizəmizə davam edəcəyik. Böyük və güclü Türkiyə hədəfinə çatacağıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ FATİH MƏSCİDİNDƏ DİN XADİMİNƏ BIÇAQLI HÜCUM OLUB

Türkiyənin İstanbul şəhərindəki məşhur “Fatih” məscidində insident baş verib. Bu səhər sübh namazı vaxtı məsciddə qalmaqal yaradan şəxs, təhlükəsizlik xidmətinin...

Bağla