Qeyri-sabit hava şəraiti daha iki gün davam edəcək, bəzi yollar buz bağlayacaq

0

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Müşahidə olunan yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək.

Bu barədə “Report”a Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARƏK “ÜÇ AYLAR” BAŞLAYIR

“Üç aylar”ın başlanğıcı hesab edilən rəcəb ayının ilk günü 2024-cü il 12 yanvar cümə gününə təsadüf edir. Üç aylar Hicri-Qəməri...

Bağla