Prezident İlham Əliyev: “Xankəndidə Bayrağın qaldırılması Zəfərimizin son nöqtəsi idi”

0

Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”.

Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident vurğulayıb ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının iclasının vaxtı açıqlanıb

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası bu il fevralın 22-də keçiriləcək. Türkiyə mətbuatı xəbər verir ki, iclas...

Bağla