DÖVLƏT KOMİTƏSİ AZƏRBAYCANDAKI DİNİ İCMALARI AYIQ-SAYIQ OLMAĞA ÇAĞIRIB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı dini icmaları ayıq-sayıq olmağa çağırıb.

“Report”un məlumatına görə, o, “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfransında çıxışı zamanı deyib ki, Azərbaycan dünyanı dağıtmaq istəyənlərə qarşı öz platformasını təqdim edir: “Bu isə onların xoşuna gəlmir. Ona görə də Azərbaycanı sevmirlər”.

“Bütün dini icmaların nümayəndələrinə bir daha müraciət edirəm. Daha ayıq-sayıq olmalıyıq, birlik olmalıyıq. Ölkəmizdəki dini azlıqlara sual verirəm: Azərbaycan tarixində indiyədək dini azlıqlara bu cür azadlıq verilib? Şərait yaradılıb? Azadlıq anarxiya demək deyil, buna gətirib çıxarmamalıdır. Biz radikal qruplara imkan verməliyik ki, azlıqları dağıtsınlar?! Bu azadlıqdırmı? Azadlığın da həddi olmalıdır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU AXŞAM RƏQAİB GECƏSİ İDRAK EDİLƏCƏK

Bu gün axşam Rəgaib gecəsi qeyd ediləcək. Müsəlmanlar üçün böyük əhəmiyyəti olan üç aylardan rəcəb ayının ilk cümə axşamı gününü...

Bağla