TÜRKİYƏDƏN OLAN BİR QRUP ŞƏHİD AİLƏSİ AZƏRBAYCANA GƏLİB

0

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Azərbaycana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, onlar Sumqayıt şəhərində olublar.

Əvvəlcə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Türkiyənin Bursa və Sumqayıt şəhərindən olan şəhid ailələri iştirak edib.

Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova bildirib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir: “Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” olmuşlar”.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə qonaqlara təşəkkürünü bildirib. O qeyd edib ki, keçirilən tədbirin əsas məqsədi hər iki dövlətin şəhid ailələri arasında münasibətlərin qurulmasını təmin etmək və mövcud əlaqələri daha da möhkəmləndirməkdir.

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova qeyd edib ki, xalqlarımız hər zaman şəhidlərinin xatirəsini ehtiramla yad edir. O söyləyib ki, hər iki ölkədə qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir: “Azərbaycan-Türkiyə birliyi, qardaşlığı əbədidir və sarsılmazdır”.

Qonaqlar səfər çərçivəsində Sumqayıtın şəhidlər xiyabanında, Sumqayıt bulvarında olublar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖVLƏT KOMİTƏSİ AZƏRBAYCANDAKI DİNİ İCMALARI AYIQ-SAYIQ OLMAĞA ÇAĞIRIB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı dini icmaları ayıq-sayıq olmağa çağırıb. "Report"un məlumatına görə, o,...

Bağla