Türkiyə kəşfiyyatı PKK-ya Avropadan terrorçu cəlb edən şəxsi öldürüb

0

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror qruplaşmasının Avropadan sıralarına terrorçu cəlb edən nümayəndəsi Faik Aydını öldürüb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, o, İraqda keçirilən əməliyyat çərçivəsində zərərsizləşdirilib.

Məlumata görə, terrorçunun kod adı “Renas Raperin” olub. O, təşkilat daxilində xüsusi rol oynayıb.

Terrorçu 2015-ci ilə qədər PKK-nı Fransada təmsil edib. 2015-ci ilin avqust ayından isə fəaliyyətini İraqda davam etdirib. F. Aydının qardaşı Saygı Aydın da uzun illər PKK üçün çalışıb. O, 2018-ci ildə zərərsizləşdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DYP qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hazırda ölkə ərazisində küləklə müşahidə olunan hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib. BDYPİ-dən...

Bağla