DYP HAVA ŞƏRAİTİ İLƏ BAĞLI HƏRƏKƏT İŞTİRAKÇILARINA MÜRACİƏT EDİB

0

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (DYP) mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən bildirilib ki, belə hava şəraitində hərəkətə iştirakçıları ehtiyatlı olmalıdırlar:

“Qeyri-sabit hava şəraitinin paytaxt yollarında xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq. Bununla yanaşı, piyadalardan da əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmalarını, yol hərəkəti qaydalarına sözsüz əməl etmələrini xahiş edirik”, – məlumatda qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİ YAZIÇI MÜQƏDDƏS AZANI TƏHQİR ETDİ – VİDEO

Türkiyə vətəndaşı olan, erməni əslli yazıçı-jurnalist Sevan Nişanyan müsəlmanların ibadət dəvəti olan azanı təhqir edib. Türkiyə hökumətinə müxalif mövqeyi ilə...

Bağla