MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ “ŞUŞA GÜNLƏRİ” KEÇİRİLƏCƏK

0

Bu il müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək.

Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planı çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin (konfrans, konsert, təqdimat, sərgi, film nümayişi, müsabiqə və s.) təşkili də nəzərdə tutulub.

Bununla bağlı, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq tapşırıqlar verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAM ÖLKƏLƏRİNİN MƏDƏNİYYƏT PAYTAXTLARININ “ŞUŞA ŞƏBƏKƏSİ” YARADILACAQ

Bu il ərzində İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi” yaradılacaq. Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il...

Bağla