TÜRKİYƏNİN TƏHSİL NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİR

0

Türkiyənin təhsil naziri, professor Yusuf Tekin yanvarın 30-31-də Azərbaycanda səfərdə olacaq.

Bunu nazir “Report”un Ankara bürosuna müsahibəsində deyib.

O bildirib ki, səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək.

“Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını müzakirə edəcəm, məktəblərə baş çəkəcəm və müəllimlərlə görüşəcəm”, – nazir söyləyib.

Türkiyənin təhsil naziri Y.Tekinin “Report”a geniş müsahibəsi gün ərzində yayımlanacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANIN HÜQUQLARININ MÜDAFİƏSİ BOYNUMUZUN BORCUDUR”

“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur”. Bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə...

Bağla