DİN XADİMLƏRİ ÜÇÜN ATTESTASİYA ELAN EDİLİB

0

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin attestasiyası elan edilib.

Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, attestasiyada iştirak edəcək din xadimləri 2024-cü il yanvarın 30-dan martın 1-nə qədər müvafiq sənədləri elektron qaydada sened@scwra.gov.az ünvanına və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər.

Attestasiyada iştirak üçün tələb edilən sənədlər:

– Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Tərcümeyi-hal;

– Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Sağlamlıq haqqında arayış;

– Narkoloji dispanserdən arayış;

– Ruhi-əsəb dispanserindən arayış;

– Məhkumluq barədə arayış;

– Foto (3×4) (4 ədəd);

– Ərizə.

Komitənin məlumatında qeyd edilib ki, tələb olunan sənədlərdən əlavə din xadimləri özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilərlər.

Attestasiyada iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra attestasiyanın keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV HULUSİ AKARI QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq...

Bağla