BİLİYİN İSLAMLAŞDIRILMASI

0

Biliyin necə istifadə edilməsi qədim dövrlərdən bəri insanların zehinlərini məşğul etmişdir. İnsanlar öz dövrlərinə görə bilik sistemi inşa edərək təlim-tədris, oxuma və düşünmə bacarıqlarını həmin sistemə görə qurmuşlar. Eyni sistem İslam təfəkkür dünyası üçün də keçərlidir. Müsəlmanlar fərqli mədəniyyətlərdən aldıqları elm və bilikləri öz sistemləri daxilində İslamlaşdıraraq bilik sistemlərinə daxil etdilər. Beləliklə, həm İslam təfəkkürü inkişaf etdi, həm də qədim xalqların bilik və nəaliyyətləri yox olmaqdan qurtuldu. İslam bilik sisteminin hakim olduğu dövlərdə təhsil sisteminin bir növ daxili müstəqilliyi vardı. Təhsil müəssəsələrinin yox olmaqdan qorumaq, müəllimlərin maaşlarını vermək və tələbələrin ehtiyaclarını qarşılamaq üçün bir neçə kəndin vergilərini öz büdcəsində toplayan vəqflər (fondlar) təşkil edilmişdi. Mümbit mühitin qurulması müəllimlərin də daha rahat və keyfiyyətli dərs tədris etməsinə səbəb olurdu. Eyni zamanda müəllimlərin yetişdirdikləri tələbələr fərqli bölgələrə getdikləri vaxt müəllimlərinin etibarlarını da özləri ilə birlikdə aparırdılar. Buna görə müəllimlər dərslərə məsuliyyətlə yanaşır və keyfiyyətli tələbələr yetişdirməyə cəhd edirdilər.

            Uzun illər ərzində müsəlmanların təhsil sistemi dövrün tələblərinə cavab vermədiyi üçün çöküş dövrünə qədəm basmışdır. Müsəlman mütəfəkkirlər mövcud problemi həll etmək üçün fərlqi yollar axtarmağa başladılar. Biliyin İslamlaşdırılması mövzusunda İsmayıl Raci əl-Faruqinin bir kitabı vardır. O, biliyin necə İslamlaşdırılması haqqında bir planla çıxış edir. Mütəfəkkirə görə müsəlman alimlər ilk olaraq Qərbin elm və təhsil sistemini yaxşı öyrənməlidir. Daha sonra yeni sistem İslam təfəkkürünə görə təhlil edilməli, mədəniyyətimizə, elm, bilik və düşüncə sistemimizə uyğunluğu yoxlanmalıdır. İslam düşüncəsinə görə yenidən formalaşdırılan bilik sisteminin dövrün problemlərini həll edəcək səviyyədə olduğu, müsəlmanların dünyəvi və dini bilikləri düzgün öyrənməyə xidmət edib etmədiyini də yoxlanmalıdır. Bu mərhələlərdən keçdikdən sonra əlimizdə saf və İslam dini ilə qaynayıb qarışan bilik əldə ediləcəkdir. Bu hələ biliyin İslamlaşdırılması prossesinin başlanğıcıdır. Əsl hədəf əldəki yeni sistemə uyğun kitabların yazılmasıdır. Öz sahəsində püxtələşən alimlər kimya, riyaziyyat, fiizika, dini elmlər və s. sahələrdə kitablar yazmalıdır. Alimlər kitabları yazarkən tələbələrin təhsil səviyyələrinə diqqət etməlidir. Orta məktəb, tam orta məktəb və bakalavr səviyyəsindəki tələbələrin yetişməsi üçün başa düşəcəkləri səviyyədə kitabların yazılması lazımdır. Əgər mütəfəkkir ona verilən vəzifəni yerinə yetirməkdə çətinlik çəkərsə, kitab fəsillərə bölünə və hər fəslə fərqli bir alim təyin edilə bilər. Bu, kitabın keyfiyyətli olmasına və müsəlmanların təhsil sistemlərini yaxşılaşdırmasına xidmət edəcəkdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRƏ YAĞIŞ VƏ QAR YAĞIB

Yanvarın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb....

Bağla