BMT: QƏZZADA İNSANLAR DÜNYANIN GÖZÜ QARŞISINDA ÖLÜR

0

İsrailin, xalqı ac və susuz qalmağa məcbur etdiyi Qəzza zolağında görünməmiş fəlakətdə insanların dünyanın gözü qarşısında ölməkdə davam edir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) X sosial media hesabında paylaşılan yazıda Qəzza zolağında dərinləşən aclıq və humanitar böhrana diqqət çəkilib.

Paylaşımda “Gözümüzün önündə Qəzzada görünməmiş bir fəlakət baş verir” yazılıb.

Yazıda blokada altında olan Qəzzanın hər keçən saat “daha ​​çarəsizləşdiyi” vurğulanır və əlavə edilir: “İnsanlar dünyanın gözü qarşısında ölürlər”.

UNRWA iki gün əvvəl verdiyi açıqlamada, 16 donor ölkənin UNRWA-ya maliyyə dəstəyini dayandırma qərarından sonra Qəzzada 2 milyondan çox insanın böyük humanitar ehtiyaclarının böyümə riski altında olduğu qeyd edilib.

UNRWA-nın Baş Komissarı Filip Lazzarini də xəbərdarlıq edib ki, quruma maliyyə dəstəyi dayandırılmağa davam edərsə, bu ayın sonundan sonra onlar böyük ehtimalla təkcə Qəzzada deyil, bütün regionda işlərini dayandırmalı olacaqlar.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, İsrailin intensiv hücumu altında olan Qəzza zolağında 2,2 milyon insan aclıq təhlükəsi ilə üzləşib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 27 min 238 fələstinli ölüb, 66 min 452 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

 Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
‘BAYRAKTAR TB3` HÜNDÜRLÜK TESTİNİ UĞURLA BAŞA VURDU

'Bayraktar TB3` Yüksək Hündürlük Sistemi Performans Testini müvəffəqiyyətlə tamamlayıb. Bu barədə Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar, sosial şəbəkə hesabında...

Bağla