Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə yaradılan seçki məntəqələrində iştirak edən ən fəal seçicilərin olduğu ölkələrdən biri Türkiyədir.
“Report”un Ankara bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.
O bildirib ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən minlərlə Azərbaycan vətəndaşı prezident seçkisi prosesində seçici olaraq iştirak etmək üçün öncədən səfirliyə müraciət edib. Həmin şəxslər konsulluq qeydiyyatından keçib və adları seçici siyahısına daxil olunub.
Seçki prosesində iştirak etmək üçün öncədən namizəd seçici olaraq qeydiyyatdan keçənlərin sayına uyğun olaraq da seçki məntəqələri qurulub. Ona görə də seçki məntəqələrinin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.