“Azərbaycan Prezidenti ilə əsasını qoyduğumuz İƏT Gənclər Forumu geniş coğrafiyaya yayılıb”

0

2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə əsasını qoyduğumuz Gənclər Forumu getdikcə daha çox inkişaf edir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasına göndərdiyi videomüraciətdə deyib.

O bildirib ki, Gənclər Forumu bu gün Asiyadan Afrikaya, Amerikadan Ərəbistan yarımadasına qədər geniş coğrafiyaya yayılıb: “Gənclərimizin fəaliyyətini bir çox prosesə, o cümlədən Qəzzadakı müharibəyə münasibətində görürük. İslam ölkələri olaraq Yaxın Şərqlə bağlı diplomatik səylərimizi davam etdiririk”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜST: “QƏZZADA HAMI ACDIR, ƏKSƏRİYYƏT ACLIQDAN ÖLÜR”

"Qəzzada hamı acdır, çoxları aclıqdan ölür. Kifayət qədər qida olmasa, daha çox insan xəstələnəcək və öləcək". Bu barədə Ümumdünya Səhiyyə...

Bağla