İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİ İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

0

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan möhkəm əlaqələri qeyd etməkdən məmnunam. Sizi əmin etmək istəyirəm ki, bu əlaqələri qarşılıqlı faydamız naminə genişləndirməkdə qətiyyətliyəm.

Mən qadir Allaha dua edirəm ki, qüdrətli ölkənizin inkişafı üçün göstərdiyiniz nəcib səylərinizdə Zati-alinizə uğurlar bəxş etsin.

Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan Prezidenti ilə əsasını qoyduğumuz İƏT Gənclər Forumu geniş coğrafiyaya yayılıb”

2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə əsasını qoyduğumuz Gənclər Forumu getdikcə daha çox inkişaf edir. Bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla