Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi Səyyad Salahlıya həvalə olunub

0

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O, yeni hökumətin tərkibində yer almayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN: AŞPA-nın Azərbaycanla bağlı qərarı Cənubi Qafqazda sülhə xidmət etməyəcək

Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir. Bu barədə Türkiyə Xarici İşlər...

Bağla