TÜRKİYƏ-AZƏRBAYCAN UNİVERSİTETİ “YENİ NƏSİL” TƏHSİL OCAĞI OLACAQ

0

Türkiyə və Azərbaycan prezidentləri tərəfindən dəstəklənən Türkiyə-Azərbaycan Universiteti ali təhsilə fərqli bir perspektiv gətirir.

Bbunu Türkiyənin “Milliyet” qəzeti yazıb.

Qeyd edilib ki, baş ofisi Bakıda olacaq universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və informatika sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq.

O da vurğulanıb ki, ali təhsil müəssisəsində tədris dili türk və ingilis dili olacaq. Bina xarici universitetlərin də istifadəsinə veriləcək. Məsələn, Sorbon və ya Yel universitetləri proqram əsasında bu binada təhsil vermək istəsələr, onlar da sistemdə iştirak edə bilərlər.

Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı hər iki ölkə prezidentinin nəzarəti altında imzalanmış protokoldan və baş verən hadisələrdən ortaya çıxan mühüm məqamlar aşağıdakılardır:

  • Türkiyənin ən nüfuzlu universitetlərini və ən yaxşı proqramlarını Bakıda bir araya gətirəcək.
  • Daha əvvəl oxşar məqsədlər üçün yaradılmış Qırğızıstan-Türkiyə Manas Universiteti və Ahmet Yesevi Universitetindən fərqli bir model olacaq.
  • İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfində olacaq.
  • Neçə proqram və neçə tələbənin təhsilə qəbul olunacağına yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşdə aydınlıq gətiriləcək.

O da bildirilib ki, Türkiyədə akademik biliklər qardaş Azərbaycana, bütün regiona və dünyaya ötürüləcək. “Universitet üçün maddi-texniki tələblər (torpaq, binalar, laboratoriyalar, avadanlıq və digər maliyyə xərcləri) Azərbaycan tərəfindən təmin edilir; akademik məsələlər (təhsil proqramları, tələbələrin müvəffəqiyyət səviyyələrinin qiymətləndirilməsi və s.) Türkiyə tərəfindən təmin ediləcək. Rektor və prorektorların necə seçiləcəyi və meyarların hansı olacağına qəyyumlar şurası qərar verəcək”, – deyə qeyd olunub.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN MİLLİ DÖYÜŞ TƏYYARƏSİ KAAN İLK UÇUŞUNU HƏYATA KEÇİRİB

Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, Ankara səmasında...

Bağla