SABAH BAKIDA HAVA BULUDLU VƏ YAĞMURSUZ OLACAQ

0

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə-Azərbaycan Universitetində tədrislə bağlı yeni detallar açıqlanıb

Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq. Bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri...

Bağla