İƏT-in Baş katibi: Xocalıda törədilmiş vəhşiliklər insanlığa qarşı cinayətdir

0

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Bu barədə qurumun mətbuat xidməti xəbər verir.

Onun sözlərinə görə, Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir.

İƏT-in Baş katibi həmçinin bir zamanlar işğal altında olmuş Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri hərbi, insanlığa qarşı cinayətlər və soyqırımı adlandırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANA ZƏNG EDİB

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti...

Bağla