Azərbaycanın “Akıncı” PUA-ları hava kəşfiyyatı aparıb, şərti düşmənin hədəflərini təyin edib

0

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) hava kəşfiyyatı aparıb.

Bu barədə Müdafiə Nazirliyndən məlumat verilib.

Bildirilib ki, cari ilin hazırlıq planına əsasən, HHQ-nin PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Məlumata görə, əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqları yerinə yetiririlib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH BƏZİ BÖLGƏLƏRDƏ 12-16 DƏRƏCƏ ŞAXTA OLACAQ

Mart ayının 1-də Azərbaycanda havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və...

Bağla