“Budəfəki Antalya Diplomatiya Forumunun əsas məqsədi böhran vəziyyətlərində diplomatiyanı önə çıxarmaqdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
“Üç gün davam edən müzakirələrin dünyaya töhfə verəcəyinə ümid edirik. Amma o qədər də ümidli deyiləm. Çünki islamafobiya dünyada vəba kimi yayılır”, – R.T.Ərdoğan söyləyib.
O vurğulayıb ki, xaoslar getdikcə artır: “Beynəlxalq nizam isə zəifləyir”.
R.T.Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə İŞİD terror təşkilatını məğlub edən yeganə NATO ölkəsidir.
O bildirib ki, Ankara 40 ildir terrorla mübarizə aparır: “Mübarizəmiz davam edəcək. Türkiyə prinsiplərindən geri çəkilməyəcək”.