TÜRKİYƏ KƏŞFİYYATI TƏHLÜKƏLİ TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

0

Türkiyənin Milli Kəşfiyat İdarəsi (MİT) Şimali İraqın Süleymaniya vilayətində keçirdiyi əməliyyatla separatçı PKK/KCK terror təşkilatının terrorçusunu məhv ebib.

Yerli mətbuatın təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, təşkilatın gənclik strukturunun rəhbəri Sara Hogir Riha kod adlı Gülsün Silgirin Süleymaniyənin yaxınlığındakı Pencevin rayonunda olduğu müəyyən edilib.

Milli Kəşfiyyat İdarəsi keçirdiyi əməliyyatla Gülsün Silgiri zərərsizləşdirib.

2011-ci ildən bəri teraktlarda iştirak etdiyi və terror təşkilatına gəncləri cəlb edən Gülsün Silgirin, 2021-ci ildən bəri Süleymaniyə bölgəsində aktiv vəzifəqə olduğu qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKPA-YA ÜZV DÖVLƏTLƏRDƏ YAŞAMAQ İCAZƏSİ ASANLAŞDIRILACAQ

TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq. Bununla bağlı məsələ qurumun Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci...

Bağla