Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə Türkiyə-Azərbaycan Universitetinin quruluş prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial şəbəkədə bildirib.
“Azərbaycanda rəsmi səfərdə olan hörmətli YÖK sədrimiz prof. dr. Erol Özvar Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə görüşərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi və təhsil sahəsində əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib.
Cənab Özvar səfəri çərçivəsində Türkiyə və Azərbaycan Şəhidlikləri və Fəxri Xiyabanı da ziyarət edib, abidələri üzərinə əklillər, şəhidlərin məzarları üzərinə qərənfillər qoyub”, – paylaşımda qeyd olunub.