“ORTA DƏHLİZ TDT-NİN DAİMİ VƏ İMTİNAEDİLMƏZ GÜNDƏM MADDƏSİDİR”

0

Orta dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) daimi və imtinaedilməz gündəm maddəsidir.

Bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “X”də yazıb.

O bildirib ki, qərblə şərqi bir-birinə bağlayan bu dəhlizin rəqabətçi bir beynəlxalq nəqliyyat xəttinə çevrilməsi həyati əhəmiyyət daşıyır: “Rusiya-Ukrayna müharibəsi bu dəhlizin başda Avropa olmaqla bütün dünya üçün nə qədər strateji olduğunu göstərdi”.

B.Yıldırım qeyd edib ki, TDT qardaşlıq əlaqələrinin güclənməsinə, liderlər arasında etimadın artmasına, qurumlar arasında əməkdaşlığa töhfə verib: “Bu, çox əhəmiyyətli qazancdır”.

Şura sədrinin sözlərinə görə, türk dövlətləri arasında təsis edilən rifah və sabitlik regiondakı sabitliyə də töhdə verir: “Avrasiya regionunda böyük güclər arasındakı rəqabətin mənfi təsirlərinin türk dövləltərinə minimum olacağına, bu coğrafiyanın dünya ticarəti və enerji təminatı üçün açar rol oynayacağına inamım tamdır. Bunun üçün səylərimizi artırmalı və TDT daxilində əməkdaşlığın güclənməsinə çalışmalıyıq”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AMERİKALI YAZIÇI VƏ FƏAL KİNQ RAMAZANA GİRƏRKƏN MÜSƏLMAN OLDU!

İsrailin Qəzzada dinc sakinlərə hücumlarına göstərdiyi reaksiya ilə səs-küy yaradan amerikalı yazıçı və fəal 44 yaşlı Jeffery Shaun King müsəlman...

Bağla