Türkiyə Xarici işlər naziri Hakan Fidan Zəngəzur dəhlizinin açılmasına dəstək gözlədiklərini bildirib.
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında danışan nazir Azərbaycanın COP29-a sahibliyini yüksək qiymətləndirdiklərini və bu münasibətlə təbrik etdiklərini deyib.
Türkiyə XİN başçısı Qarabağ zəfərinin doğurduğu reallıqlardan söz açıb:
“Zəfər yeni reallıqlar yaradıb. Artıq bölgədə qalıcı sülhü təmin etmək mümkün görünür. Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik. Ceyhun Bayramov Azərbaycan-Ermənistan arasındakı son görüş barədə bizi məlumatlandırdı”.
Qəzzada baş verənlərə münasibət bildirən nazir deyib ki, təcili atəşkəs elan edilməlidir.
Türkiyə XİN başçısı vurğulayıb ki, İsrail-Fələstin müharibəsi ikidövlətli həll yolu ilə sonlanmalıdır.
Report