Tin surəsi Məkkədə nazil olmuşdur, 8 ayədir.Surə bu iki məşhur mövzunu ələ alır:
-
Uca Allahın insanı qiymətli yaratması.
-
Hesab və cəzaya inanmaq.
Bu mübarək surə, Uca Allahın insanı qiymətli xəlq etdiyinə, onu unikal və ən gözəl bir şəkildə yaratdığına dair müqəddəs və şərəfli yerlərə andla başlayır. Bu yerlər, içlərində Uca Allahın peyğəmbərlərinə vəhy endirməklə üstün qıldığı Beytül-Məqdis(Qüds), Tur dağı və Məkkeyi-Mükərrəmədir.
Turi-Sinin, üzərindəAllahın Hz. Musa(ə.s) ilə danışdığı Tur dağıdır. “Sinin”, bərəkətli deməkdir.
Bu şeylərə and içməkdən məqsəd,o bərəkətli yerlərin şərəfli olduğunu və peyğəmbərlərin göndərilməsi ilə orada ortaya çıxan xeyir və bərəkəti açıqlamaqdır. Bunların hər birinə Uca Allah, böyük şəriətlər gətirən əzm sahiblərindən bir peyğəmbər göndərmişdir. Birincisi, əncir və zeytunun yetişdiyi yer olan Beytül-Məqdisdirki, Uca Allahburaya İsanı (ə.s) göndərmişdir. İkincisi, Turi-Sininyəni Turi-Seynadır. Uca Allah burada Musa (ə.s) ilə danışmışdır. Üçüncüsü isə, içinə girənlərin əmin olduğu Bələdül-Əmin, yəni Məkkə şəhəridir. Bura, Allahın Hz. Muhammədi (s.ə.s) peyğəmbər olaraq göndərdiyi yerdir.
Surə, insanı ən gözəl və mükəmməl bir şəkildə yaratmasında Aləmlərin Rəbbinin gücünü göstərən əngin dəlillərdən sonra kafirin, öldükdən sonra dirilməyi və həşri hələ dəinkar etməyini qınayır:
İnsan, Rəbbinin nemətinə şüküretmədiyi təqdirdə cəhənnəmin ən alt təbəqələrinə göndəriləcəkdir.
İsa əl-Haşimi, arvadını çoxs evərdi. Bir gün ona, “aydan daha gözəl deyilsənsə üç talaqla boşol!”-dedi. Bunun üzərinə arvadı: “Sən məni boşadın”,-deyərək ona qarşı örtündü. İsa buna çox üzüldü və Xəlifə Mənsura gedib hadisəni ona danışdı. Xəlifə fiqhçilər çağırıb onlardan fətva soruşdu. Oradakıların hamısı qadının boş olduğunu söylədilər. Ancaq Əbu Hənifənin tələbələrindən bir adam danışmadı. Mənsur ona: “Sən niyə bir şey söyləmirsən?” -dedi. Adam dediki:“Ey möminlərin əmiri! UcaAllah, “Şübhəsiz ki, biz insanı ən gözəl şəkildə yaratdıq!” buyurur. Buna görə də insandan daha gözəl heç bir şey yoxdur.” Mənsur: “Doğru söylədin”,-dedi və qadını ərinə geri verdi.
Sonrakı ayədə iman edənlərin bu alçalmadan istisna edildiyi və mükafatları sadalanır:
Surə möminlərə savab vermək və kafirləri cəzalandırmaq surətiylə Allahın ədalətlə rəftar edəcəyini açıqlayaraq sona çatır:
Bu ayələrdə hesabın varlığı və axirət həyatı təsdiq edilir.