Hollandiyada irqçi və ifrat sağçı Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Qurani-Kərimi təhqir etdiyi üçün saxlanılıb.
Hollandiya polisinin verdiyi yazılı açıqlamada Vaqensveldin Qurani-Kərimi it xaltasından asaraq yerə sürüklədiyi bildirilib.
Vaqensveldin bu hərəkətinin, Qurani-Kərimi təhqir etdiyinə görə ötən həftə Arnhem bələdiyyəsinin ona tətbiq etdiyi aksiya məhdudiyyətini pozduğu və bu səbəbdən saxlanıldığı bildirilib.