Attestasiyadan keçməyən 13 din xadimi gələn ilin mart ayında yenidən imtahan verəcəklər.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə qurumda keçirilən müşavirədə deyib.
O xatırladıb ki, 2024-cü il 4-6 mart tarixlərində keçirilmiş din xadimlərinin attestasiya olunması üçün 61 din xadiminin sənədləri qəbul edilib:
“Attestasiya Komissiyası tərəfindən onlardan 32 din xadiminin bilik və bacarığının tutduğu vəzifəyə uyğun, 14-nün uyğun olmadığı, 13 din xadiminin isə bir ildən sonra yenidən attestasiya olunması şərti ilə fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb”.