Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

0

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:

  1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
  2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİV: RUSİYA SÜLHMƏRAMLILARININ QARABAĞDAKI MİSSİYASI BAŞA ÇATIB

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyası öz məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Bu barədə Rusiyanın “Krasnaya Zvezda” qəzeti məlumat yayıb....

Bağla