TÜRKİYƏNİN TANINMIŞ DİN ALİMİ VƏFAT ETDİ

0

Türkiyənin ən böyük dini qruplarından olan “İsmailağa” qrupunun lideri, tanınmış din alimi Həsən Kılıç gecə vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə, bir gün əvvəl keçirdiyi narahatlıq səbəbilə xəstəxanaya aparılan Kılıç 94 yaşında dünyasını dəyişib.

Həsən Kılıç bu gün (23 aprel) İstanbul şəhərindəki “Fatih” məscidində əsr namazından sonra qılınacaq cənazə namazından sonra dəfn ediləcək.

Həsən Kılıç 1930-cu ildə Türkiyə Trabzon vilayətinin Çaykara rayonunda dünyaya gəlib. Hələ 10 yaşı olanda müqəddəs Qurani-Kərimi əzbərləyərək hafiz olub.

Yazdığı əsərlərdən bəziləri bunlardır:

Tenbihat

Mektubatı-Mahmudiye

Fatiha tesviri

Ümre söhbətləri və s.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda Beynəlxalq Maarif Məktəblərinin fəaliyyəti və gələcək hədəfləri müzakirə edilib

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi professor Ahmet Emre Bilgili Azərbaycanda səfərdədir. Sədr əvəzi Bakıda iki kampusu olan Beynəlxalq...

Bağla