YƏMƏNLİ İSLAM ALİMİ VƏFAT ETDİ

0

Ümumdünya Müsəlman Alimlər Şurasının təsisçilərindən biri olan, yəmənli din alimi professor Abdulməcid Zindani vəfat edib.

Əl-Zindani 1942-ci ildə Yəməndə dünyaya gəlib. Misirdə təhsilə başlayıb və Əl-Əzhər universitetində İslam hüququ sahəsində oxuyub. 1967-ci ildə Yəmənə qayıdıb və siyasətlə məşğul olub.

Misirdə qaldığı müddət ərzində “Müsəlman qardaşlar” təşkilatı ilə olan münasibətinə görə həbs olunub və işgəncəyə məruz qalıb.

Abulməcid Zindani 2004-cü ildə  terrora dəstək verdiyi iddia edilərək axtarışda olanlar siyahısına daxil edilib.

Zindani 2014-cü ildə Yəməndə baş verən hadisələrə görə Səudiyyə Ərəbistanına köçüb. Səudiyyə rejimi “Müsəlman Qardaşlar” hərəkatını terrorçular siyahısına daxil etdikdən sonra o, ev dustaqlığına götürülüb. Zindani daha sonra Türkiyəyə göndərilib və bu gün orada vəfat edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH RAYONLARA YAĞIŞ YAĞACAQ, DOLU DÜŞƏCƏK

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu,...

Bağla