Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər.
Onlar ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri dağıntılara baxacaq, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində ilk dəfə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir.