Türkiyə Prezident Administrasiyasında Əziz şəhər Şuşa adlı tədbir keçirilib

0

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib.

“Report”un Türkiyə bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov, “İrs” jurnalının redaktoru Musa Mərcanlı, “Paşa həyat sığorta” şirkətinin rəhbəri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.

Onlar tədbir iştirakçılarına türk dünyasının 2023-cü ildə mədəniyyət paytaxtı olan Şuşa haqqında və Azərbaycanın 44 günlük savaşda qazandığı zəfər haqqında danışıblar.

Tədbirdən sonra “Əziz şəhər Şuşa” kitabının təqdimat mərasimi olub.

Bir 5 kişi ve kalabalık görseli olabilir

Bir 2 kişi ve yazı görseli olabilir

Bir 1 kişi ve yazı görseli olabilir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH 32 DƏRƏCƏ İSTİ OLACAQ

Aprel ayının 30-da Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda...

Bağla