QMİ sədri: Din pərdəsi altında radikalizmin təbliğatının aparılmasının qarşısı alınmalıdır

0

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiya keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında din pərdəsi altında aparılan radikalizm, antisemitizm, islamafobiya və xristianafobiya təbliğatının qarşısının alınmasının vacib olduğunu bildirib.

A.Paşazadə dinlərin müqəddəs məkanlarının təhqir olunması, dağıdılması, bəzi Avropa ölkələrində Quranın yandırılmasını pisləndiyini və bu kimi addımlarda birgə mübarizənin daha səmərəli olacağını diqqətə çatdırıb.

BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos isə dünyada terror təhlükəsi ilə bağlı narahatlıq doğuran məsələlərin olduğunu vurğulayıb. O təklif edib ki, dini ibadət yerlərinin xəritəsi hazırlansın və həmin məkanlar mühafizə olunsun.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Şimali Qafqazın müftilərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz...

Bağla