DİNİ LİDERLƏRİN ŞUŞA GÖRÜŞÜNÜN BƏYANNAMƏSİ QƏBUL OLUNUB

0

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak edirlər.

Dini liderlərin iştirakı ilə Şuşa görüşü keçiriləcək, dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul ediləcək.

Səfər iştirakçıları Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“G2 SƏVİYYƏLİ GEOMAQNİT QASIRĞASI MÜŞAHİDƏ OLUNUR”

Yerdəki maqnit qasırğasının gücü son saatlarda xeyli artaraq “G3” səviyyəsinə çatıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi...

Bağla