Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

0

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Xarici siyasət idarəsi xatırladıb ki, “beynəlxalq ictimaiyyət antiislamla mübarizə məsələsində vahid mövqedən çıxış etməli və qətiyyətlə hərəkət etməlidir”.

Qeyd edək ki, 65 yaşlı diplomat Türkiyənin Pakistandakı səfiridir. O, müxalif Sədat Partiyasının rəhbərliyindən ayrılacağını açıqlayan sədr Təməl Karamollaoğlunun kürəkənidir.

Xatırladaq ki, daha əvvəl İƏT Ermənistanı öhdəliklərini yerinə yetirməyə çağırmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QUSARA QAR YAĞIB

Mayın 5-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə...

Bağla