Türkiyənin İstanbul şəhərində 1948-ci ildə məsciddən muzeyə çevrilmiş “Qariyə” məscidinin yenidən açılışı olub.
Qədim məbədin açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradan tele-konfrans vasitəsilə həyata keçirib.
Qeyd edək ki, Mədəniyyət və Turizm nairliyi Vəqflər İdarəsinin balansında olan və 2020-ci il avqustun 21-də Türkiyə preidentinin qərarıyla yenidən məscidə çevrilən məbəd, o tarixdən bəri bərpa edilirdi.
Xatırladaq ki, daha əvvəl kilsə olan bina II Bəyazid dövründə məscidə çevrilmişdir. 1948-ci ildə Muzeylər İdarəsinin balansına verilərək muzeyə çevriilmişdi.
2020-ci il avqustun 21-də Türkiyə preidentinin qərarıyla yenidən məscidə çevrilən məbəd 4 ildə bərpa edilərək ötən gün məscid olaraq ibadətə açılmışdır.