Azərbaycan hərbçiləri Türkiyədə xilasetmə əməliyyatı məşqlərini icra ediblər

0

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Anadolu Ankası – 2024” təlimləri çərçivəsində xilasetmə əməliyyatı məşqlərini icra ediblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, manevrlərin məqsədi komanda və idarəetmə prosesini sınamaq və təkmilləşdirmək, şəxsi heyət arasında koordinasiyanı gücləndirmək və əməkdaşlıq sahələrini artırmaqdır.

Xatırladaq ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ PORTUQALİYADA QLOBAL FORUMA QATILACAQ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Portuqaliyaya səfər edəcək. O, mayın 14-16-da “Transformativ dialoq: sürətlə dəyişən...

Bağla